RU

Prezidentin köməkçisi Azərbaycan heyətinin MDB-nin tədbirində iştirak etməməsinin səbəbini AÇIQLADI

“Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər”.

Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:

“Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”, – o əlavə edib.

Son Yazılar:

Səfərin baş tutmamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:

“Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur”.

Избранный
45
23
viral.az

10Источники