RU

Bina evində yaşayanlar mütləq oxusun: Bunu etmək qadağandır! – Əks halda…

Bəzi vətəndaşlar bina evində təmir işləri aparmaq istədikdə müxtəlif çətinliklərlə qarşılaşdıqlarını bildirirlər. Bununla bağlı sosial şəbəkələrdə də narazı fikirlər əks olunur. Qeyd edilir ki, icra hakimiyyəti və ya müvafiq qurumlar bəzən bu işlərə icazə vermir və mane olur. Nəticədə vətəndaşlar arasında bu müdaxilələrin qanuni əsasının olub-olmaması ilə bağlı qeyri-müəyyənlik yaranır.

Bu proses qanunla necə tənzimlənir? Belə qadağalar nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 80-ci maddəsinə əsasən, tikintiyə icazə tələb olunmayan hallar müəyyən edilib:

“Bu hallara daxili kosmetik təmir daxildir. Yəni evin divar kağızlarının yenilənməsi, boyanması, döşəmənin dəyişdirilməsi, santexnika, elektrik avadanlıqlarının yenilənməsi, asma tavanın quraşdırılması və digər bu kimi daşıyıcı konstruksiyalara müdaxilə edilmədən həyata keçirilən təmir işləri üçün icazə tələb olunmur. Eyni zamanda, yaşayış və qeyri-yaşayış sahələrində aparılan təmir və dəyişikliklərə dair qaydalar konstruktiv və texniki müdaxilə olmadığı təqdirdə sadələşdirilmiş rejimi nəzərdə tutur”.

ellada

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, təmir zamanı aparılan bəzi dəyişikliklər yenidən planlaşdırma və ya rekonstruksiya kimi qiymətləndirilir:

“Bu hallarda mütləq aidiyyəti üzrə icra hakimiyyətinin və ya tikintiyə nəzarət orqanının icazəsi tələb olunur. Daşıyıcı divarların sökülməsi yaxud onlarda dəlik açılması, yeni arakəsmələrin əlavə edilməsi, mövcudlarının dəyişdirilməsi, mənzilin planında dəyişikliklər aparılması, habelə sahənin genişləndirilməsi məqsədilə konstruktiv müdaxilə – bütün bunlar icazə tələb olunan işlərə aiddir. Bələdiyyə yaxud dövlət mülkiyyətində olan yaşayış sahələrində dəyişiklik aparmaq üçün yerli icra hakimiyyətinin və ya müvafiq idarəedici qurumun icazəsi mütləq olmalıdır”.

E.Bayramova əlavə edib ki, icazəsiz konstruktiv dəyişikliklərə görə şəxs barəsində inzibati məsuliyyət nəzərdə tutulur:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 222-ci maddəsinə əsasən, fiziki şəxslər 1500 manata qədər, hüquqi şəxslər isə daha yüksək məbləğdə cərimə oluna bilər. Bundan əlavə, bu cür qanunsuz dəyişikliklər məcburi söküntü və ilkin vəziyyətə bərpa tədbirləri ilə nəticələnə bilər. Evin daxilində aparılan sadə təmir işləri – məsələn, divarların boyanması, döşəmənin dəyişdirilməsi, mebel və şkafların quraşdırılması icazə tələb etmir. Lakin planlaşdırmada dəyişiklik və ya daşıyıcı konstruksiyalara müdaxilə nəzərdə tutulduqda, mütləq qaydada yerli icra hakimiyyətindən və ya Memarlıq və Şəhərsalma Komitəsindən müvafiq icazə alınmalıdır”.

Избранный
22
2
turkustan.az

3Источники