RU

“Azərbaycan hər zaman dezinformasiya hücumlarına məruz qalıb” –HİKMƏT HACIYEV

Prezident İlham Əliyevin media ilə açıq və birbaşa ünsiyyəti dezinformasiya kampaniyalarının qarşısını almaqda mühüm rol oynayır.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan hər zaman dezinformasiya hücumlarına məruz qalıb: “Bu hücumların bir çoxu Qərb mənbələrindən qaynaqlanıb: “Hazırda isə bu proses sosial mediada daha aktiv və sistemli şəkildə aparılır. Buna nümunə kimi Fransanın “Le Figaro” nəşrində yayımlanan materialları göstərmək olar. Prezident İlham Əliyevin media ilə açıq və birbaşa ünsiyyəti, bu cür dezinformasiya kampaniyalarının qarşısını almaqda mühüm rol oynayır. Biz bunun dəfələrlə şahid olmuşuq. Əlbəttə, burada Azərbaycan mediasının da rolu böyükdür. Çünki yerli media doğru məlumatın yayılması və ictimaiyyətin düzgün şəkildə məlumatlandırılmasında əvəzsiz rol oynayır”.

AzPost.az

Избранный
50
3
azpost.info

10Источники