RU

Krivotsyukun komandası xal qazandı

Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb. Həmyerlimizin komandası matçın gedişində iki top fərqi ilə hesabda öndə olsa da, 90+5 və 90+6-cı dəqiqələrdə qapısında qol görməklə qələbəni əldən verib. Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətində çıxıb və sona qədər meydanda olub.

22 turdan sonra 36 xalı olan “Daejeon” ikinci pillədədi.

Избранный
48
5
football-plus.az

5Источники