RU

Messi qolların sayına görə Ronaldunu ötdü

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi penaltilər nəzərə alınmadan karyerası ərzində vurduğu qolların sayına görə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.

"Ölkə.az" xəbər verir ki, ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən "Nyu-York Red Bullz"la səfər oyununda (5:1) dubl edən Messi hazırda karyerasında ümumilikdə 874 qol vurub. Onun bu qollarından 764-ü penalti zərbələri olmadan qeydə alınıb.

Kriştianu Ronaldunun hesabında isə ümumilikdə 938 qol var ki, onların 175-i penaltidən vurulub. Messi peşəkar karyerası ərzində 1 114 oyun, Ronaldo isə 1 281 oyun keçirib.

Qeyd edək ki, Lionel Messi son yeddi matçda altıncı dublunu rəsmiləşdirib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub.

Избранный
54
50
olke.az

10Источники