RU

Laçında evakuator üstündə gedən texnika dərəyə aşdı

BAKI, 20 iyul. TELEQRAF

Laçında evakuator üstündə gedən texnika dərəyə aşıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun rayonun Pircahan kəndi ərazisində baş verib. “Mersedes” markalı evakuator üzərində olan 3 ədəd ağır tonnajlı texnika ilə hərəkətdə olarkən dönmə əməliyyatı edərkən üzərində olan texnikalardan biri Ascaltbasan maşını dərəyə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda texnikanın aşdığı dərədən çıxarılması prosesi aparılır.

Избранный
46
teleqraf.com

1Источники