RU

Hikmət Hacıyev: Hazırda həqiqət ciddi risk altındadır

Şuşa, 20 iyul. TELEQRAF

Şuşada keçirilən bugünkü Qlobal Media Forumu süni intellekt mövzusuna həsr edilib.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

“Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq”,- o qeyd edib.

H. Hacıyev bildirib ki, süni intellekt “şübhəsiz olaraq bir çox sahəyə təsir göstərir” – o cümlədən insanların dini dəyərlərinə və dünyagörüşünə yanaşma tərzinə.

“Həqiqət artıq əvvəlki kimi deyil. Bu gün həqiqət, həqiqətən də nadir və qiymətli bir dəyərə çevrilib və hazırda o da ciddi risk altındadır”,- o qeyd edib.

Избранный
20
teleqraf.com

1Источники