RU

Ən təmizkar 4 bürc: Gigiyena manyakıdırlar

Bəziləri üçün təmizlik bir ehtiyac, bəziləri üçün isə həyat tərzidir. Astroloqların sözlərinə görə, bir neçə bürcün nümayəndələri təmizliyə olan sevgiləri ilə bəzən “psixoloji narahatlıq” səviyyəsinə belə çata bilərlər.

Bizim.Media həmin bürcləri təqdim edir:

Qız

Onlar üçün hər gün tozsuz, simmetrik və qaydasında başlamalıdır. Evin hər küncü, hər əşyası müəyyən bir prinsipə əsasən düzülməlidir. Rəng uyumu, kateqoriya bölgüsü, hətta divardakı rəsmin yerindəki dəyişiklik belə onları narahat edə bilər. Onlar qonaq gedəndən sonra evləri tam şəkildə havalandırır, səthləri dezinfeksiya edirlər.

Buğa

Buğaların komfort anlayışı təmizliklə birbaşa bağlıdır. Onlar üçün rahatlıq yalnız səliqəli və təmiz mühitdə mümkündür. Mətbəx çirkli olduqda hətta qəhvə belə içməzlər. Əl dəsmallarının səliqəli düzülüşü, sabunların xoş qoxusu, bütün bunlar Buğa bürcünün gündəlik həyat standartıdır.

Dolça

Onların evində hər əşya öz yerindədir. Telefonlarındakı qovluqlardan tutmuş, paltar yuyulma cədvəlinə qədər hər şey planlı və qaydalıdır. Minimalist dizayn, ləkəsiz səthlər və sadəlik bu bürc üçün həm həyat fəlsəfəsi, həm də rahatlığın açarıdır.

Xərçəng

Xüsusilə ailəli və uşaqlı Xərçənglər üçün təmizlik instinktiv bir ehtiyacdır. Onlar üçün gigiyena yalnız təmizlik deyil, eyni zamanda sevdiklərinə göstərilən qayğı və sevgidir. Mətbəxdəki qaşığın yeri belə əvvəlcədən bəllidir. Ziyarət bitər-bitməz evlərini tam dezinfeksiya edirlər. (Publika.az)

Bizim.Media

Избранный
23
1
bizim.media

2Источники