RU

Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Xankəndi. Trend:

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və mediadayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal MediaForumunun açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, Forumçərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə mediasavadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinintəminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necətəsir edir: Media savadlılığının əhatəsində” və digər mövzularətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiyaagentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu,həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələriştirak edir. Forumun iştirakçıları arasında əcnəbi mediatəmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri,ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davametdirəcək.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçınşəhərinə səfərləri də nəzərdə tutulur.

Избранный
69
50
az.trend.az

10Источники