Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
Zəhərlənənələrin adları açıqlanıb:
Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova
Güllü Xəyyam qızı Məhərrəmova
Aydın Xəyyam oğlu Məhərrəmli
Zöhrə Mədət qızı Məhərrəmli
Sənan Cavanşir oğlu Məhərrəmov
Ümüd İlkin oğlu Səlimli
Firuzə Şaxtalı qızı Şirəliyeva
Aydan Məmməd qızı Şirəliyeva
Könül İlqar qızı Məmmədova
Səadət Mehrab qızı Orucova
Mübariz Ənnağı oğlu Şəmiyev
Samirə Qara qızı Şəmiyeva
Ramil Möhkəm oğlu Məmmədov
Ümid Mübariz oğlu Şəmiyev
Xatun Mübariz qızı Şəmiyeva
Qurban Nizami oğlu Əsgərli
Sultanlı Sehrayə İntiqam qızı