"Bu, mənim Şuşa Qlobal Media Forumuna üçüncü gəlişimdir".
Far.Az xəbər verir ki, bunu tədbirə qatılan Qlobal Siyasət İnstitutunun prezidenti Paulo fon Şirak "Baku TV"-yə açıqlamasında bildirib.
"Azərbaycan çox dinamik inkişaf edən, gələcəyi parlaq olan gənc, qonaqpərvər ölkədir. Ermənistanla uzun illərdir davam edən problem tam həll olunmasa da, sona yaxınlaşır. Bugün Qafqazda sülh hökm sürür", - o qeyd edib.