Demokrat.az xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.
160 saylı orta məktəbini bitirən Anar 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.
1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək çatışmazlığı nəticəsində həyatını itirib.
7Источники
-
qaziler.az"Bakılı oğlanlar"ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19438595)
-
nuh.azBakılı oğlanlar-ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19436822)
-
nuh.azBakılı oğlanlar-ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19436663)
-
far.az"Bakılı oğlanlar"ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19435904)
-
xezerxeber.az"Bakılı oğlanlar"ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19435526)
-
moderator.az"Bakılı oğlanlar"ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür ( 19435388)
-
demokrat.azAnar Məmmədxanovun doğum günüdür ( 19435361)