RU

Peşəkar mühasib olmaq istəyənlər də imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

DİM-dən Publika.az-a bildirilib ki, imtahan vermək üçün 1416 (KOSS - 271, MHBS - 622 , İSMUBS - 523) nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Üç saat davam edən imtahanda 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidirlər. Onlar özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

Избранный
10
17
publika.az

10Источники