"Mən Usiki tərifləməliyəm. Bütün gücümü sərf etsəm də, alınmadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri britaniyalı peşəkar boksçu Daniel Dyuba bu gecə Londonda ağır çəki üzrə dünya çempionluğu uğrunda keçirilən döyüşdən sonra deyib.
O, ukraynalı Oleksandr Usikə uduzmasını belə izah edib: "Mən döyüşdüm, raundlarda xallar yığdım. Necə olmalı idisə, elə də oldu. Amma mən yenə qayıdacağam".
Xatırladaq ki, 27 yaşlı idmançı karyerasında ikinci dəfə Usikə uduzub. O, bundan öncə 2023-cü ilin avqustunda Polşada keçirilən döyüşün 9-cu raundunda nokauta düşmüşdü.
Maraqlıdır ki, Dyuba karyerasında keçirdiyi 25 döyüşdən 22-də qalib gəlib (21-də nokautla) və cəmi 3 dəfə məğlubiyyətə düçar olub ki, bunların da ikisi Usiklə görüşlərə təsadüf edir.
38 yaşlı Oleksandr isə 100 faizlik nəticə göstərib: 24 döyüş, 24 qələbə.