RU

Ukraynanın əsas hədəfi bunlardır - Pletençuk

Ukraynanın işğal olunmuş Krım ərazisində və bütövlükdə Qara dənizdə əsas hədəfi Rusiyanın qanadlı raket daşıyıcılarıdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk deyib.

"Ukrayna ərazisini atəşə tutmaq üçün gəmilərdən istifadə etməyə imkan verən sistemlər prioritet hədəflər olmalıdır. Əlbəttə ki, kəşfiyyat qabiliyyətini təmin edən gəmilər də. Baxmayaraq ki, onların sayı əhəmiyyətli dərəcədə azaldılıb - 4 ədədi məhv edilib, bir çoxu zədələnib.

Lakin onların bu cür imkanlara malik olmayacağına əmin olmaq, kəşfiyyat qoşunları ilə bağlı bütün sonrakı söhbətlərə son qoyulması üçün belə gəmilər də məhv edilməlidir", - o bildirib.

Избранный
28
49
axar.az

10Источники