PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele “Qızıl top”a qeyri-adi münasibətilə diqqət çəkib.
Arena.az məlumat verir ki, Dembele nəşrlərin biri tərəfindən “Qızıl top”a namizədlərin siyahısının təqdim edildiyi və müvafiq siyahıda “Barselona”nın 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın yer aldığı siyahını şərh edib.
Dembele müvafiq siyahını özünün sosial şəbəkə hesablarından biri üzərindən “Bu mükafat indi bir zarafatdır” ifadəsi ilə şərh edib. Bir müddət sonra isə Dembele şərhini silməsi ilə diqqət çəkib.
Xatırladaq ki, Usman Dembele 2024/2025-ci illər mövsümü Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib və mövsümün “Qızıl top”una əsasnamizəd idi. Amma PSJ-nin 2025-ci il FIFA Klub Dünya Kubokunun finalında “Çelsi”yə 0:3 hesablı məğlubiyyətindən sonra, Dembelenin “Qızıl top”a əsas namizədliyi sarsılıb. Belə ki, bəzi nəşrlər Dembeleni 1-ci pillədən 4-cü pilləyə atıblar.