BAKI, 19 iyul. TELEQRAF
Vyetnamın Halonq körfəzində içərisində 50-dən çox insanın olduğu turist qayığının çevrilməsi nəticəsində azı 18 nəfər ölüb, onlarla insan itkin düşüb.
Teleqraf xəbər verir ki, qayıq qəfil başlayan güclü yağış səbəbindən çevrilib.
Yerli mətbuatın məlumatına görə, 12 nəfər xilas edlib, 18 nəfərin isə cəsədi aşkar edilib.
Sərnişinlərdən arasında 20-dən çox uşaq olub.
Qeyd edək ki, YUNESKO-nun Dünya İrsinə daxil olan Halonq körfəzi Vyetnamın ən populyar turizm istiqamətlərindən biridir. Hər il milyonlarla insan bu körfəzin mavi-yaşıl sularını və tropik meşələrlə örtülü adalarını ziyarət edir.