"Leypsiq"in yarımmüdafiəçisi Xavi Simons yay transfer dönəmində İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az “Caught Offside”a istinadən xəbər verir ki, futbolçunun nümayəndələri artıq "Arsenal", "Çelsi" və "Tottenhem" klubları ilə danışıqlara başlayıblar.
Niderlandlı futbolçu özü də İngiltərədə oynamağa maraqlıdır. Onun transfer qiyməti təxminən 60 milyon avro səviyyəsində müəyyən edilib. Müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olan Simonsun bazar dəyəri isə Transfermarkt-ın qiymətləndirməsinə əsasən 70 milyon avrodur.
Geridə qalan mövsümdə 21 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyuna çıxıb, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.