RU

"Ukraynanın kiberzərbəsi "Qazprom"u çökdürə bilər: Rusiya qaz nəhəngi iflas astanasında" - Baş Kəşfiyyat İdarəsi

"Ukraynanın bu kiberzərbələri Rusiya iqtisadiyyatını və müharibə maşınını daxildən çökdürmək üçün yeni, görünməz bir cəbhənin açıldığını göstərir..."
 
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiyanın əsas enerji şirkəti "Qazprom"a qarşı genişmiqyaslı kiberhücum həyata keçirib. Hücum nəticəsində şirkətin bütün informasiya sistemləri ələ keçirilib və fiziki serverlərdən tutmuş bulud yaddaşlarına qədər olan bütün məlumat bazaları məhv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna MN Baş Kəşfiyyat İdarəsindəki mənbə məlumat verib. Məlumatı "charter97.org" nəşri yayıb.
 
Kəşfiyyat əməliyyatı çərçivəsində "Qazprom"un müqavilələr, tarif cədvəlləri, nəql planları, ödəniş və vergi hesabatları, maliyyə balansları, eləcə də hüquqi sənədlər və lisenziyalar üzrə məlumat bazası tamamilə silinib. Bununla yanaşı, qaz və neftin təzyiq, axın və balansına nəzarət edən SCADA və GIS sistemləri də sıradan çıxarılıb. Habelə, şirkətin qaz yataqları və nəqliyyat şəbəkəsinə dair kritik məlumatları da məhv edilib.
 
Mənbənin sözlərinə görə, kiberhücum nəticəsində yüzlərlə terabayt həcmində məlumat Ukrayna tərəfindən kopyalanıb. "Qazprom"un sistemlərinə tam giriş əldə edilib və unikal proqram təminatından istifadə etməklə məlumatlar həm əsas serverlərdən, həm də bütün ehtiyat nüsxələrdən silinib.
 
Rusiya iqtisadiyyatına və müharibə büdcəsinə zərbə
 
Kəşfiyyat mənbəsinin bildirdiyinə görə, bu əməliyyat təkcə texniki deyil, həm də iqtisadi cəhətdən Rusiyaya ciddi zərbədir. Çünki "Qazprom" dövlətin hərbi büdcəsinin əsas donorlarından biridir. İndi isə yeni müqavilələrin bağlanması mümkün deyil, sistemlər fövqəladə rejimdə işləyir, qaz nəqli və təchizatı regionlar üzrə çətinləşib.
 
Bu da təkcə "Qazprom"un yox, onunla əməkdaşlıq edən bankların, kredit təşkilatlarının və bütövlükdə Rusiya iqtisadiyyatının sarsılması ilə nəticələnə bilər. Mənbə əlavə edir ki, bu hücum şirkətin öhdəliklərini yerinə yetirə bilməməsi, səhmlərinin kəskin dəyər itirməsi və dövlət strukturunun sabitliyinə zərbə ilə müşayiət oluna bilər.
 
Ukraynanın ardıcıl kiberhücumları
 
Qeyd edək ki, bu əməliyyat BKİ-nin Rusiyaya qarşı ilk belə müdaxiləsi deyil. 2024-cü ilin iyun ayında Ukrayna kəşfiyyatı Sibirin ən böyük internet provayderlərindən birinin 370 serverini və 500-ə yaxın şəbəkə qurğusunu sıradan çıxarıb. Ehtiyat nüsxələr də silinib. Eyni ilin iyulunda isə Rusiya Federasiyasına qarşı bir həftə davam edən daha bir genişmiqyaslı kiberhücum həyata keçirilib.
 
Bu hücum zamanı Rusiya Mərkəzi Bankı da daxil olmaqla aparıcı maliyyə qurumlarının onlayn xidmətləri, telekommunikasiya provayderləri, milli ödəniş sistemləri, sosial şəbəkələr, mesajlaşma tətbiqləri və dövlət resursları sıradan çıxıb. Ukraynanın bu kiberzərbələri Rusiya iqtisadiyyatını və müharibə maşınını daxildən çökdürmək üçün yeni, görünməz bir cəbhənin açıldığını göstərir.
Избранный
65
49
moderator.az

10Источники