RU

AFFA bu qərarına görə təqdir olunmalıdır!

Əvəzedici Liqanın ləğv edilməməsi ilə bağlı narazılıqlar var.

Qığılcım yaradan isə bəzi klub rəhbərləridir.

Əsas gətirilir ki, bəs klublar komitəsinin iclasında klub rəhbərlərinin əksəriyyəti liqanın ləğv edilməsini istəsə də AFFA yekunda əks qərar verib.

Buna görə AFFA-ya təşəkkür edirəm.

Yerində və doğru qərarıdır.

Əvvəla Əvəzedici Liqanın lazımlı olub-olmamasına klub rəhbərləri yox, mütəxəssislər qərar verməlidir.

Məsələn, akademiyaların koordinatorları, "ikincilər"in baş məşqçiləri və ya əsas komandanın baş məşqçiləri.

Çünki Əvəzedici komanda ilə işləyən onlardı. Faydasını və zərərini də onlar bilir.

Klub rəhbərləri böyük ölçüdə pulu və əsas komandanın nəticəsini güdən adamlardı.

Əldə etdiyimiz məlumata görə, federasiya rəhbərliyi də qeyri-rəsmi görüşdə məhz həmin mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

Rəhbər şəxslərdən fərqli olaraq, işin içində olan mütəxəssislər birmənalı olaraq adıçəkilən liqanın varlığını doğru hesab ediblər.

Zaman-zaman AFFA-nı haqqına tənqid etmişik.

Amma bu məsələdə ölkə futboluna cavabdeh olan qurum yalnız təqdir olunmalıdır.

Ki, klub rəhbərlərinin şəxsi maraqlarını hesablanan təkliflərini yox, futbola xidmət edən mütəxəssislərini fikirlərini dinləyib, nəticə çıxarıblar.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
40
sportinfo.az

1Источники