RU

"Heç vaxt işğalla barışmayın" - Prezidentdən dünyaya mesaj

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırıb. 

"Unikal" xəbər verir ki, dövlətimizin başçısı Ukrayna vətəndaşlarına məsləhət verərək deyib: "Heç vaxt işğalla barışmayın".

Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.

"Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib", - deyə Prezident əlavə edib.

Избранный
93
32
unikal.az

10Источники