RU

Azərbaycanda təbii mirvari və digər məhsulların ixrac və idxalı kəskin artıb

BAKI, 19 iyul. TELEQRAF

Azərbaycan 2025-ci ilin ilk 6 ayında 145 milyon 575.93 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

Teleqraf xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 2 dəfədən çox artım deməkdir.

2024-cü ilin birinci yarısında ölkədən sözügedən məhsulların ixrac dəyəri 59 milyon 817.75 min dollar idi.

Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar və qeyd olunan digər məhsulların idxalı da kəskin artıb. Belə ki, cari ildə 3 milyard 180 milyon 554.29 min dollar dəyərində idxal reallaşdırılıb. Ötən il bu göstərici 773 milyon 176.59 min idi. Beləliklə, idxalda 4 dəfədən çox artım olub.

Cari ildə ümumi ixracının 1.13%-i, idxalın isə 27.60%-i bu məhsulların payına düşüb.

Избранный
18
50
teleqraf.com

10Источники