Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Altan Öymən vəfat edib.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Altan Öymən 93 yaşında vəfat edib.
Altan Öymən 6 həftə əvvəl ağciyər xərçəngi ilə bağlı 6 əvvəl əməliyyat edilib, 2 həftə əvvəl infeksiyaya yoluxaraq yenidən İstanbulda xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, bu gün orqan çatışmazlığından vəfat edib.
Altan Öymən 1999-2000-ci illərdə CHP sədri olub.