RU

“Neftçi” növbəti məşqinə çıxdı

“Neftçi”nin Polşa təlim-məşq toplanışı davam edir.

Futbolpress.az xəbər verir ki, Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan komandanın üzvləri toplanışın 5-ci günündə səhər məşqinə çıxıblar.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib.

“Neftçi” toplanışda ilk oyunda İsrailin “Hapoel” (Təl-Əviv) ilə heç-heçə edib – 1:1.

Избранный
56
futbolpress.az

1Источники