Aktrisa sənət adamlarının həyat tərzindən danışıb:
"İlk dəfə bunu eşidəndə cavan idim. Aktrisada abır-həya olmasının səmətlə nə əlaqəsi var? İllər keçdi, bu işin içində oldum və gördüm ki, o qadın çox müdrik söz deyib. Abırsız, pozğun aktrisaya Cülyetta, bakirə qız, təmiz adam rolunu versələr, onu oynaya bilməyəcək. Bir tamaşa izləyirdim. Bir aktrisa çıxdı səhnəyə, bilirəm ki, bu, düz adam deyil. Arxada rusdilli tələbələr əyləşmişdi. Bunlar da əsəri bilirlər, baxdılar, dedilər ki, bu aktrisa elə bil səhnənin arxasından bu cür gəldi. Halbuki, obraz təmiz, bakirə qız idi. Amma onun pozğun həyatı necə canına hopubsa, yaşadığı həyatı səhnəyə gətirib".
Xalq artisti Valeh Kərimov Qaynarinfo-ya açıqlamasında Gülşad Baxşıyeva ilə razılaşmadığını bildirib:
"Gülşad xanım universitet müəllimidir, həm də gənclərlə işləyir. Yəqin nəsə hiss edib ki, bu fikirləri deyib. Onun fikirləri təsirlidir. Oxudum, təsirli yazıdır, sözlərində həqiqət var, insan nə qədər gizlətsə də, daxili aləmi çox şey deyir. Qatillər, canilər necə həbs olunur? Danışırlar. Təcrübəli müstəntiqlər də baxır ki, yalan danışır. Aktrisa da belədir, səhnədə oynayır, tamaşaçı da baxır. İnanan inanır, inanmayan da yox. Aktrisanı tanımayanda inanırsan, tanıyanda bilirsən ki, iki dəfə ərə gedib və bu sənə qəribə gəlir. Amma teatrın qanunları var. Yaşlı adam belə cavan oğlan obrazında oynaya bilər. Əsas odur ki, obrazı tamaşaçıya sevdirsin. Aktrisa iki dəfə ərə gedibsə, ona qız rolu vermək olmaz fikiri ilə razılaşmıram. Bu, düzgün deyil”.
Xalq artisti hesab edir ki, əsas səhnə və obraza peşəkar yanaşmadır:
"Aktrisa rolunu elə oynasın ki, tamaşaçı ona inansın. Aktyorlar hamısı aiəlidir, amma cavan oğlan obrazında oynayır. Sənət və səhnədir. Faciə də belədir. Aktyorun yaxını ölüb, onu dəfn edən günü səhnədə komediya oynayıb. Bunların hər biri teatr sənətinin incəlikləridir”.
Əməkdar artist, rejissor Sərvər Əliyev səhnədə aktrisaların şəxsi həyatlarının arxa planda qaldığını xatırladıb:
10Источники
-
publika.azElgiz tanınmış müğənnini ələ saldı ( 19487081)
-
demokrat.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19484558)
-
hurriyyet.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi ( 19484282)
-
demokrat.azXalq artisti Prezidentin ona 9 il əvvəl hədiyyə etdiyi mənzilə köçdü ( 19482617)
-
avtosfer.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi ( 19482590)
-
viral.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19481993)
-
baku.newsBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə – Bu cəza verildi ( 19481972)
-
redaktor.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19480658)
-
cebheinfo.azBakıda hənbəlilik məzhəbini yaymaq istədi: CƏZA ALDI ( 19479137)
-
publika.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə ( 19478102)