RU

“Təcrübəsi olmayan da tələbə qarşısına çıxır”

“Son zamanlar universitetlərdə kimin dərs dediyi önəmli deyil. Sən də deyə bilərsən, mən də. Belə olmaz axı?!”

Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədov qonaq olarkən səsləndirib.

“Elmi adı olmayıb, şirkətdə çalışanlar saat 7-dən sonra gəlib tələbəyə dərs deyir, müəllim olur. Sən nə vaxt çalışdın? Sənin axı digər işindən buna ayıracaq zamanın yoxdur. Tələbə önünə çıxmaq asan iş deyil. Əvvəllər universtitetlərdə müəllimlər kürsüdə hər zaman haqlı olurdu. Amma indi tələbə onunla birgə müzakirə edə bilir. Həmçinin indi informasiya almaq üçün mənbələr olduqca çoxdur. Harvard universitetinin hər hansı bir dərs proqramını internet vasitəsilə əldə etmək mümkündür”.  

Избранный
32
azedu.az

1Источники