RU

Xocalı kərpic zavodunun illik istehsal gücü açıqlanıb

Xocalı kərpic zavoduna media-tur təşkil olunub.
APA-nın xəbərinə görə, media-turda jurnalistlərə bildirilib ki, kərpic zavodunun illik istehsal gücü 16,2 milyon ədəddir. Zavodda 60 nəfər daimi işlə təmin edilib. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Daşbulaq kəndində inşa olunan kərpic zavodunun layihə dəyəri 8,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır.

Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.

Избранный
22
50
apa.az

10Источники