
Heftelik.az xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş.
O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.
Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb.
“Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.