RU

Xanyurdu kəndində 40 ev əsaslı bərpa olunub

Xocalı.Trend:

Xocalı rayonunun Xanyurdu kəndində 40 fərdi ev artıq əsaslıbərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdətutulub. 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Buil iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdukəndinə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiriAfət Telmanqızı Trend-in yerli müxbirinə bildirib ki, hazırda kəndinsosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruriişlər görülür.

"14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpaedilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çoxuzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğundamövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olansu anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometruzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon,internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İkikilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb.

Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlıhazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçünnəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədəistirahət parkı salınıb", - o əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 18-də XocalınınXanyurdu kəndində olub, sakinlərlə görüşüb.

Məqalədə:
Избранный
43
49
az.trend.az

10Источники