RU

“Araz-Naxçıvan”ın rəqibi milli üzvünü transfer etdi

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi rumıniyalı Olimpiu Morutanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Morutan daha əvvəl Rumıniyada “Botoşani”, FCSB, Türkiyədə “Qalatasaray”, “Ankaragücü”, İtaliyada “Pisa”da çıxış edib. Onun son ünvanı “Ankaragüc” olub. O, Rumıniya yığmasının da üzvüdür.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Избранный
83
futbolpress.az

1Источники