RU

Gəncədə iki maşın toqquşub, xəsarət alan var -FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Prius” markalı minik maşını ilə “QAZel” markalı yük maşını toqquşub. Qəzada 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

222
Избранный
43
7
redaktor.az

7Источники