Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə:
Qarabağ
Azersun Arena, Tofiq Bəhramov (böyük ehtimalla Tofiq Bəhramov)
Zirə
Zirə İdman Kompleksinin stadionu
Araz-Naxçıvan
Liv Bona Dea Arena
Turan Tovuz
Azersun Arena
Sabah
Bank Respublika Arena
Neftçi
Neftçi Arena
Şamaxı
Şamaxı şəhər stadionu
Sumqayıt
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Kəpəz
Qəbələ şəhər stadionu
İmişli
Qeyri-müəyyən
Karvan
Şamaxı şəhər stadionu
***
Gördüyümüz kimi, 4 komanda öz meydanında oynamayacaq. “Turan Tovuz”un məsələsi təmirdirsə, digərlərində bu vəziyyətin olması absurddur.
“Karvan” meydançanı hələ hazırlaya bilməyib. “İmişli”nin vəziyyəti isə biabırçılıqdır. İmişlidəki beynəlxalq standarta uyğun stadionun hüquqi problemlərini həll etmək müşkülə çevrilib. Hardan baxsaq, bu vəziyyətə görə kluba bəraət qazandırmaq mümkün olmur.
***
Kiçik araşdırma apardıq, məlum oldu ki, Avropanın heç bir ölkəsində, hətta ən kasıb Albaniya, Moldova, Makedoniya kimi ölkələrdə belı bu cür hallar yoxdur.
Bəs bizim çempionat niyə bu hala düşüb?
Əksərən AFFA-dan maliyyələşən klubların düşdüyü anormal vəziyyətin izahı da yoxdur. Klubların heç biri bu məsələləri aydınlaşdırmağa hazır deyil. Bu nə hüquqi baxımdan, nə peşəkarlıq predmetlərinə uyğun haldır.
Dövlətdən ayrılan dotasiya hesabına maliyyələşən APL klublarının bu halda olması hüquqi məsuliyyət yaradır və assosiasiya bunun fərqində olmalıdır.
Vəziyyət kifayət qədər ciddidir, lakin sanki belə olmalıymış kimi hava var.
Kamil Əhməd