RU

“Neftçi”dən ayrılan futbolçu Azərbaycanda qalmağa qərar verdi

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlı karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolpress.az-ın məlumatına görə, daha əvvəl Polşa, Türkiyə, Latviya kimi ölkələrin klublarından təklif alan cinah oyunçusu legioner həyatı yaşamayacaq. O, indiki məqamda Azərbaycanda qalmaq və burda oynamaq qərarını verib.

İsmayılla Premyer Liqada və I Liqadan bir neçə klub maraqlanır. Son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirən Zülfüqarlı “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edirdi. O, 2019-2024-cü ilin yanvarına kimi “ağ-qaralar”ın formasını geyinib, daha sonra “Turan Tovuz”da icarədə olub.

24 yaşlı oyunçu Premyer Liqada 100 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Избранный
17
futbolpress.az

1Источники