RU

Merts: Aİ-də Ukrayna ilə bağlı siyasəti irəli aparmaq getdikcə çətinləşir

Almaniya kansleri Fridrix Merts etiraf edib ki, Avropa İttifaqında Ukrayna ilə bağlı siyasəti irəli aparmaq getdikcə çətinləşir.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Merts xüsusilə Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbulunu nümunə kimi göstərib və Aİ-də proseslərin ləng və çevik olmadığını bildirib.

“Bunu tənqidi şəkildə deməliyik. Avropa İttifaqı ciddi məsələlərə fokuslanmalı və daha effektiv işləməlidir,” – deyə o vurğulayıb.

Избранный
30
apa.az

1Источники