RU

“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...


Missiya TV-nin baş redaktoru, tanınmış jurnalist Nicat Dağlar Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Nicat Dağların sosial media hesabında paylaşdığı təbrikdə deyilir:

“Bu işıqlı və dərin adam mənim jurnalistikada müəllimimdir. 2000-ci ildə "Hürriyyət" qəzetində başlayan, "Bakı-Xəbər" qəzetində mürəkkəbləşən dərs, əslində bu gün də davam idir. Hələ də ondan öyrənirəm. Yazısı, müsahibəsi qarşıma çıxanda xəzinə tapmışammış kimi sevinirəm. Fikirlərindən, təhlillərindən nəsə öyrənməyə çalışıram.

Əziz Aydın müəllim, hər şeyə görə təşəkkür edirəm. 25 il əvvəl verdiyiniz böyük tribunanın haqqını mənə halal eləmisiz yəqin. 65 illik yubileyiniz mübarək olsun, ustad!”

Избранный
134
baki-xeber.com

1Источники