RU

Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xbər verir ki, hadisə Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Maşınlar yoldan götürülüb, qəzanın səbəbləri araşdırılır.

Избранный
20
3
apa.az

4Источники