RU

Məşhur idmançı dopinqdə ilişdi: Bu cəza verildi

Tanınmış niderlandlı velosipedçi Antvan Tolhuk antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya olunub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI ) mətbuat xidməti məlumat yayıb.

31 yaşlı idmançı anabolik androgenik steroidlərdən istifadə etməkdə təqsirli bilinib. Tolhukun 2023-cü il noyabrın 27-də müsabiqədən kənar dopinq testi müsbət nəticə verib.

7 fevral 2024-cü ildə UCI onu bütün yarışlardan müvəqqəti uzaqlaşdırmışdı.

Избранный
33
2
publika.az

6Источники