Saatlı rayonu ərazisində Araz çayında boğulan yeniyetmənin cəsədi tapılıb.
Viral.az xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsi üzrə təhvil verilib.
Son Yazılar:
- Araz çayında batan yeniyetmənin cəsədi tapıldı
- Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır
- Ramin İsayevin əmlakı müsadirə edilə bilər – 15 il həbsi istənilir
Faktla bağlı araşdırma aparılır.