“Brayton”un müdafiəçisi Pervis Estupinan karyerasını “Milan”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ekvadorlu oyunçu İtaliya klubu ilə danışıq aparır. Milan təmsilçisi 27 yaşlı müdafiəçi üçün 12 milyon avro təzminat ödəmək fikrindədir.
O, son mövsümdə İngiltərə Premyer Liqasında 30 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.