ABŞ və Avropadakı müttəfiqlərinin Çinin və Rusiyanın mümkün koordinasiyalı hücumuna qarşı hazırlanması üçün cəmi 18 ay vaxtı qalıb.
Bu barədə Almaniyanın Bild nəşri ABŞ-ın Avropadakı qoşunlarına komandanlıq edən və NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviçə istinadən məlumat yayıb.
Generalın sözlərinə görə, əgər Çin lideri Si Cinpin Tayvana qarşı hərbi əməliyyata başlamağa qərar verərsə, bu, böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinlə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Bu isə eyni vaxtda iki cəbhədə genişmiqyaslı müharibənin başlanması riskini yaradır.
“Bu, mənim üçün o deməkdir ki, hər iki hadisə eyni anda baş verə bilər”, – deyə general Qrinkeviç bildirib.
//Samir Qurbanov, Editor.az