RU

Suriyada toqquşmalar intensivləşdi

Suriyanın cənubundakı Suveyda əyalətində bədəvi ərəblər və qəbilə qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında qarşıdurmalar davam edir. Metbuat.az xəbər verir ki, ordunun bölgədən geri çəkilməsinə baxmayaraq, müqaviləyə qarşı çıxan Druzi lideri Hikmət əl-Hicrinin bədəvi ərəbləri məcburi köçürmək istəməsi səbəbindən toqquşmalar yenidən başlayıb. Bədəvi ərəblərin və qəbilə qüvvələrinin hücumlarından sonra druzlar geri çəkilib. Əks-hücumlar nəticəsində druz qüvvələri şimala və qərbə doğru irəliləyə bilib. Druz qüvvələr toqquşmalar zamanı dron və snayperlərdən intensiv istifadə edir.

Ardınca fərqli qəsəbələrdə irəliləyən bədəvi ərəblər və qəbilə qüvvələri Süveydanın Tel Hadi bölgəsini nəzarətə götürərək qərb məhəllələrinə daxil olublar. Druz qruplaşmasına aid xeyli miqdarda sursat ələ keçirilib.

Избранный
37
metbuat.az

1Источники