RU

Həkim psixiatr Zaur Qasımov: “Yuxusuzluq gündəlik həyat keyfiyyətini pozur” – VİDEO

Yuxu pozuntularından danışmaq istərdim.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu sual ətrafında fikirlərini bölüşüb.

Həkim
Həkim Psixiatr Zaur Qasımov 11

Yetərincə imkan, fürsət, rahat yer olmasına baxmayaraq, bir sıra insanlarda yatağına keçdikdən sonra bunlar yuxuya gedə bilmirlər. Saatlarla yerlərində qalırlar, düşünürlər, gün ərzində olanları, sabahı olanları düşünürlər və bütün bu düşüncələr bunlara yersiz ağla gəlir və bunları çox narahat edir. Saatlarla düşünmələrinə baxmayaraq, yuxuya gedə bilmirlər. Hər dəfə düşünürlər ki, görəsən, mən daha rahat yata biləcəyəmmi? Səhərlərdə erkəndən ayılırlar. Bütün belə olan şəxslər yuxusuzluqda əziyyət çəkirlər. Gün ərzində əhval-ruhiyyəsinin aşağı olması, əsəblik, gərginlik, yaddaşın zəifləməsi, unutqanlıq kimi hallarla rastlaşırlar.

Bu insanların gündəlik konfort halları enmiş səviyyədə olur. Bununla əlaqədar olaraq, həkimə müraciət etmələri, xüsusilə psixiatra müraciət etmələri məqsədə uyğundur.

 

 

 

Избранный
34
nocomment.az

1Источники