RU

Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Akopyan 2025-ci il iyulun 1-də verdiyi müsahibədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarını açıq şəkildə səsləndirib. Bununla bağlı bu gün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb. O, artıq saxlanılıb.

Избранный
54
1
far.az

10Источники