RU

Alimlər adi metallarda sirrli maqnit "pıçıltısı" eşitdi

İsrail, Böyük Britaniya və ABŞ-dən olan tədqiqatçılar mis, qızıl və alüminium kimi qeyri-maqnit metallarda son dərəcə zəif maqnit siqnallarını "eşitmək" üçün yeni bir üsul işləyib hazırlamışdır. Bunun üçün onlara yalnız lazer və təkmilləşdirilmiş bir metodika lazım olub. 

HİT.az xəbər verir ki, tədqiqat "Nature Communications" (NatCom) jurnalında dərc edilib.

Adi metallar bizə maqnit cəhətdən "səssiz" görünür – onlar dəmir kimi maqnitlərə cəzb olunmur. Lakin əslində müəyyən şəraitdə onlar da maqnit sahələrinə reaksiya verir. Sadəcə, bu reaksiyalar o qədər zəif idi ki, son 150 il ərzində heç kim onları dəqiq şəkildə, xüsusilə də işıq köməyi ilə qeyd edə bilməmişdi.

İndi isə bunu təkmilləşdirilmiş Kerr maqnit-optik effekti metodu sayəsində etmək mümkün olub. Alimlər 440 nm dalğa uzunluğuna malik mavi lazerdən istifadə edib və xarici maqnit sahəsini yüksək amplituda ilə modulyasiya ediblər (dəyişdiriblər). Bu yanaşma ölçmələrin həssaslığını dəfələrlə artırmağa və adi metallarda ilk dəfə olaraq "optik Hall effekti"ni qeyd etməyə imkan verib.

İşin müəlliflərindən Profesor Amir Kapua qeyd edib: "Təsəvvür edin ki, bütün bu müddət ərzində biz səs-küylü otaqda pıçıltı eşitməyə çalışırdıq. Biz onun olduğunu bilirdik, amma sözləri ayırd edə bilmirdik. İndi nəhayət lazımi mikrofonumuz var".

Bu üsul maqnit xassələrinin və elektronların davranışının öyrənilməsində yeni bir pəncərə açır və daha sürətli və enerjiyə qənaət edən texnologiyaların yaradılmasına səbəb ola bilər.

Samir
 

Избранный
64
38
hit.az

10Источники