RU

"Netflix" daha bir yeniliyi təqdim edib

"Netflix" şirkəti, Argentina istehsalı olan elmi-fantastik “El Eternauta” serialında yer alan bir səhnədə generativ süni intellektlə hazırlanmış vizual effektlərin ilk dəfə ekranlara gətirildiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin baş direktoru Ted Sarandos bu yolla səhnənin ənənəvi metodlarla müqayisədə 10 dəfə daha sürətli və xeyli aşağı xərcə başa gəldiyini bildirib. 

"Netflix"in digər baş direktoru Qreq Piters isə süni intellekt texnologiyasının yalnız istehsal sahəsində deyil, istifadəçi təcrübəsi və reklam sahəsində də potensial daşıdığını vurğulayıb.

"Netflix"in iyun ayında paylaşdığı rüblük hesabatına əsasən, şirkətin gəlirləri ötən illə müqayisədə 16 faiz artaraq 11,08 milyard ABŞ dollarına çatıb. Bu uğura, 122 milyon izlənmə sayına çatan “Squid Game” serialının final mövsümü də töhfə verib.

Mayya Hüseynova

Избранный
34
valyuta.az

1Источники