RU

“Tomahawk” raketləri: Bu silah Ukraynaya necə kömək edə bilər?

1970-ci illərdə hazırlanmış “Tomahawk” qanadlı raketləri, döyüş qabiliyyəti baxımından hələ də dünyanın ən güclü uzaqmənzilli silah sistemlərindən biri sayılır.

Onların uzaq məsafəyə uçuş qabiliyyəti, yüksək sürəti və dağıdıcı gücü Ukraynanın hazırda malik olduğu silahlardan xeyli üstündür. Bu barədə Radio Svoboda məlumat yayıb.

Bildirilir ki, “Tomahawk” raketləri aşağı hündürlükdə uçmaq üçün nəzərdə tutulub və bu xüsusiyyət onların çoxlu sayda radar sistemindən yayınmasına imkan verir. Raket təxminən 5,5 metr uzunluğa malikdir, təqribən yarım ton ağırlığında döyüş başlığı daşıyır və 1600 kilometrədək məsafəni qət edə bilir.

Mütəxəssislərin fikrincə, bu cür imkanlar “Tomahawk” raketlərini Rusiya ərazisindəki strateji hədəflərə dəqiq zərbələr endirmək üçün effektiv vasitəyə çevirə bilər. Hazırda bu raketlərin Ukraynaya verilib-verilməyəcəyi məsələsi müzakirə olunur.

//Samir Qurbanov, Editor.az

Избранный
34
editor.az

1Источники