Belə bir addımın atılması pensiyaçılar üçün mühüm sosial dəstək ola bilər — Ekspert
Bəzi ölkələrdə pensiya alan vətəndaşlara ictimai nəqliyyat xidmətləri ya tamamilə pulsuz təqdim edilir, ya da ciddi endirimlər tətbiq olunur. Bu həmin ölkələrin sosial rifah siyasətinin bir hissəsi kimi həyata keçirilir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə də belə bir modelin tətbiqi üçün geniş ictimai müzakirə və qanunvericilik dəyişiklikləri tələb olunur:
“Hazırkı şəraitdə bu qərarın qısa müddətdə mümkün olacağını düşünmürəm. Ona görə ki həm maliyyə dayanıqlığı, həm də nəqliyyat sektorunda subsidiya mexanizmləri hələlik tam formalaşmayıb. Lakin uzunmüddətli sosial siyasət çərçivəsində belə bir addımın atılması pensiyaçılar üçün mühüm sosial dəstək ola bilər”.