RU

Axios: Tramp məşhur adada yeni həbsxana açmaq istəyir

ABŞ prezidenti Donald Tramp Alkatras adasında maksimal təhlükəsizlik səviyyəsinə malik yeni həbsxana inşası üçün 2 milyard dollar xərcləyə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Bütün dünyada məşhur olan Alkatras həbsxanası 1963-cü ildə bağlanıb. Vaxtilə burada Al Kapone da daxil olmaqla, tanınmış məhbuslar cəza çəkib. İndi isə Trampın bütün köhnə binaları sökərək yerində müasir həbsxana tikməyi planlaşdırdığı bildirilir.

Alternativ olaraq, 1 milyard dollarlıq daha az maliyyətli bir layihə variantı da nəzərdən keçirilir.

Избранный
47
nocomment.az

1Источники