RU

"Oleqin Bakinski" məhkəmədə son söz dedi

Ajans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesin çıxışlar mərhələsi bitdikdən sonra təqsirləndirilənlərə son söz üçün imkan yaradılsa da Konstantin Kuçer buna hazır olmadığından vaxt istəyib. Oleq Krapivin isə günahının olmadığı üçün məhkəmədən bəraət istəyib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilmişdi. Ötən prosedə isə təqsirləndirilən Oleq Krapivinin səhhəti ilə bağlı vəkilinin vəsatətini məhkəmə təmin edərək onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxarmışdı

Избранный
28
4
Ajans.az

6Источники