RU

Şimali Koreyaya ilk aviareys 27 iyulda həyata keçiriləcək

Nordwind aviaşirkəti Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana müntəzəm reyslər üçün bilet satışına başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat daşıyıcının rəsmi saytında yerləşdirilib.

İlk təyyarənin 27 iyul tarixində Şeremetyevo (SVO) hava limanından saat 19:00-da havaya qalxacağı, Pxenyana isə yerli vaxtla 28 iyul saat 09:00-da çatacağı qeyd olunur. Uçuşun müddəti 8 saatdan çox olacaq.

9 iyul tarixində Nordwind Moskvadan Pxenyana müntəzəm reyslər üçün rəsmi icazə alıb. Uçuşların tezliyi həftədə iki dəfə olacaq. Rusiya ilə Şimali Koreya arasında hava əlaqəsinin genişləndirilməsi üzrə danışıqlar dəmir yolu nəqliyyatının bərpası fonunda aparılıb.

Избранный
24
nocomment.az

1Источники